Yenə itkilərlə
28.11.2011 - 11:42
Yenə itkilərlə
“Qarabağ” Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sumqayıt Şəhər”lə oyununun hazırlığına başlayıb. Apasport.az saytının məlumatına görə, noyabrın 30-da keçiriləcək ev oyununa hazırlıq məqsədilə komanda Premyer Liqanın “Neftçi” ilə noyabrın 25-dəki görüşdən sonra elə Ağdamda qalıb. Gündə bir məşq keçən ağdamlılar məşqlərini Quzanlı qəsəbə stadionunda keçirir.

“Qarabağ” son oyunlara olduğu kimi, bu matça da tam heyətlə hazırlaşa bilmir. Rəşad Sadıqov məlum zədə səbəbindən hazırlıqdan kənar düşüb. Eyni zamanda atasının vəfat etməsiylə əlaqədar “Neftçi”ylə oyundan kənarda qalan Ansi Aqollinin bu gün Bakıya qayıtması gözlənilir. Müdafiəçi Bakıya dönər-dönməz Ağdama yollanacaq.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt Şəhər” oyunu saat 13:00-da başlayacaq.