“Xəzər Lənkəran” ev oyununu Bakıda keçirəcək
28.11.2011 - 11:49
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” matçının keçiriləcəyi stadion dəyişdirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna son günlər Lənkəranda yağıntıların çoxluğu və bunun üçün “Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün 2 gün sonra keçirilməli olan oyuna hazır vəziyyətdə olmaması səbəb olub.
Bunun üçün hər 2 komandanın qarşılıqlı razılığı ilə matçın Bakıda Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda oynanılması qərara alınıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” dueli noyabrın 30-da saat 13:00-da start götürəcək.

0
0