“Əvvəl bir məbləğ təklif etdilər, sonra dedilər pulumuz yoxdur”
28.11.2011 - 11:58
“Azərbaycanda əvvəl mənə bir məbləğ vəd etdilər. Lakin müqavilə bağlamaq zamanı gələndə dedilər ki, bu məbləği ödəmək iqtidarında deyilik və daha azını təklif etdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna milli komandasının sabiq futbolçusu Aleksandr Melaşenko deyib.
Yığmanın və Kiyev “Dinamo”sunun tanınmış oyunçusu 2010-cu ildə düşərgəsində olduğu “Olimpik-Şüvəlan”a keçidinin baş tutmamağının səbəbini açıqlayıb: “Qəpik-quruş üçün vətəndən xaricə getməyə dəyməzdi. Buna görə imtina etdim. Azərbaycanda ailəmi bu pulla dolandıra bilməzdim. Mən isə ora ailəmlə getmək fikrindəydim. Axı həm də balaca uşağımız var”.
Qeyd edək ki, Andrey Şevçenkonun “Milan”a transfer olunduğu vaxt Melaşenkoya onun “Dinamo”dakı əvəzləyicisi kimi baxırdılar.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0