Diana Nenova: Məqsədlərimiz böyükdür
28.11.2011 - 13:48
“Azərbaycan Super Liqasında və “Çelenc Cup” turnirində böyük məqsədlərimiz var”. Apasport.az saytının məlumatına görə, bunu Bakı “Lokomotiv” klubunun voleybolçusu Diana Nenova deyib.
Bolqarıstanlı legioner Azərbaycan komandasının yeni mövsümdə hədəflərini açıqlayıb. O bildirib ki, tezliklə güclü komandaya çevriləcəklər: “Mən ümid edirəm ki, buna nail olacağıq. Çempionat yeni başladığından hazırlığı yeni bitirmişik. Tədricən oyun ritmi tapacağıq”.
Nenova “Lokomotiv”in baş məşqçisi Draqutin Baltiçin Bolqarıstan milli komandasını çalışdırdığı vaxtda aralarında olan problemə də aydınlıq gətirib. Təcrübəli toppaylayıcının sözlərinə görə, onu yığmadan kənarlaşdıran sloveniyalı mütəxəssislə problemlər yoluna qoyulub: “Biz peşəkarıq və heç bir gərginlik yoxdur. Artıq hər şey arxada qalıb”.
Qeyd edək ki, ötən mövsüm “Rabitə” ilə Azərbaycan çempionu olan Nenovanın yeni klubu Super Liqaya məğlubiyyətlə başlayıb. Onlar “Bakı”ya 0:3 hesabı ilə uduzublar.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0