Vaqif Cavadov üçün 3 ölkə
28.11.2011 - 14:25
Azərbaycanlı futbolçu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubu qış fasiləsində hazırlıq planlarını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Nijni-Novqorod təmsilçisinin tətili gələn ilin yanvarın 4-də bitəcək və həmin vaxt bir araya gələn futbolçular 3 gün tibbi müayinədən keçəcəklər.
İlk təlim-məşq toplanışı yanvarın 7-dən 21-dək Türkiyənin Antalya şəhərində planlaşdırılıb. Orada 3 yoxlama oyunu keçiriləcək. “Volqa” 4 günlük istirahətin ardından Kiprə yollanacaq. Larnakada təlim-məşq toplanışı yanvarın 25-dən fevralın 7-dək olacaq və 4 yoxlama oyunu keçirmək planlaşdırılır. Sonuncu təlim-məşq toplanışının fevralın 12-dən 26-dək İspaniyada olmağı gözlənilir. Burada da 4 yoxlama oyunu keçirmək nəzərdə tutulub.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0