26-cı Qara
28.11.2011 - 15:56
26-cı Qara
Azərbaycan milli komandasının dekabrın 5-dən 8-dək Bakıda keçirəcəyi seleksiya xarakterli təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Qara Qarayev də toplanışa qatılacaq. 21 yaşlılardan ibarət yığmamızın üzvü olan Qara millimizin baş məşqçisi Berti Foqts tərəfindən əvvəl belə hazırlıq prosesinə çağırılsa da, hələ əsas yığmada debüt etməyib. Onun gəlişi ilə millimizin qarşıdakı toplanışında iştirak edən futbolçuların sayı 26-ya çatıb.
0