Mahir Şükürov: Saşa Yunisoğlu hələ “bişməyib”
28.11.2011 - 16:27
Mahir Şükürov: Saşa Yunisoğlu hələ “bişməyib”
“Fatih Kavlakın “Qəbələ”dən öncə “Qarabağ”da çalışdığını bilirdim. Kluba gəldikdən sonra onu daha yaxından tanıdım. Gördüm ki, öz işinə ciddi və peşəkarcasına yanaşır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin kapitanı Mahir Şükürov deyib.

Milli komandamızın da üzvü olan təcrübəli futbolçu cari mövsümdən şərəfini qoruduğu “Qəbələ”də baş məşqçi dəyişikliyə toxunub. Mahir ingilis Toni Adamsı əvəzləyən türkiyəli köməkçisi Fatih Kavlakın üzərinə düşən vəzifənin öhdəsində gələ biləcəyini düşünür: “Kavlak insan kimi də xoş təsir bağışladı. Onun damarlarından müsəlman qanı axır. Türk və ingilis dilində danışa bilir. Mentalitetimiz də eynidir. Əgər klub rəhbərliyi məsləhət bilibsə, hamımız əl-ələ verib ona köməklik etməliyik. Şəxsən, bir kapitan kimi əlimdən gələni edəcəyəm ki, onun nəticələri yaxşı olsun.

Şükürovun yoxluğunda “Qəbələ”də kapitan sarğısı Saşa Yunisoğluya həvalə olunub. Onun sözlərinə görə, Saşaya bu işin öhdəsindən tam gələ bilmək hələ tezdir: “Vitse-kapitanımız Lyuba Baranindir. O ehtiyatda qaldığı üçün komandanı oyunlara kapitan sarğısı ilə Saşa Yunisoğlu çıxarır. Yunisoğlu kapitan sağrısını az daşıdığına görə hələ “bişməyib”. Sözsüz ki, komandanın kapitanı olmaq asan iş deyil. Məncə, hələlik bu funksiyanı tam yerinə yetirə bilmir. Kapitan meydançada, oyun epizodunda komanda yoldaşlarına göstərişlərini verməlidir.
0