Cəmşid Məhərrəmov: Biz hər iki cəbhədə iddialıyıq
29.11.2011 - 00:00
“Çətin oyun oldu. Bunu əvvəlcədən də bilirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov deyib.
Ardıcıl qələbələri sıralayan “Bakı” turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırıb. Hazırda dördüncü pillədə yer alan paytaxtın eyniadlı təmsilçisi liderdən cəmi 3 xal geri qalır. Son turda “Qəbələ”ni məğlub edən Aleksandr Starkovun yetirmələri artıq öz oyunlarını tapmağa başlayırlar. Ancaq bu da diqqətdən qaçmadı ki, “Qəbələ” ilə görüşün birinci hissəsində yaxşı təsir bağışlayan “zolaqlılar” fasilədən sonra bir qədər arxayınlaşmışdı. Lakin kapitan bu fikirlə razılaşmır: “Qəbələ” yaxşı komandadır. Onlar topla təhlükəli olurlar. Bizim isə qələbədən başqa çıxış yolumuz yox idi. Turnir cədvəlində hamı bir-birinə yaxındır. İndi kubok oyunu haqda düşünməliyik. İkinci hissədə arxayınlaşmağa gəldikdə, bu fikirlə razılaşmıram. Bu futboldur, bir hissə yaxşı oynayırsan, digərində oyunun alınmır. Bu komandanın boşalması demək deyil. Əsas qələbə idi, onu da qazandıq”.
Komandanın öz oyununu tapdığını deyən müdafiəçi uyğunlaşma prosesinin başa çatdığını bildirib: “Bəzi mövqelərdə uyğunlaşma problemi var idi. Artıq bu yoluna qoyulub. İndi bir-birimizi daha yaxşı başa düşürük”.
Kapitan kubok oyununda da qələbə qazanmaq istədiklərini, amma “Rəvan”ın təhlükəli rəqib olduğunu deyib: “Onlarla çempionatda oynamışıq. Yaxşı ötürmə verirlər. Əvvəlki “Rəvan” deyil. Ümumiyyətlə elə komanda yoxdur ki, rahat yenəsən. Bir misal çəkim: “Simurq”la biz oynayanda bu komanda hələ formalaşmamışdı. Ancaq indi fərqli “Simurq” var. Onlar inkişaf edirlər. Bu digər komandalara da aiddir. Ancaq biz hər iki cəbhədə iddialıyıq”.

0
0