İsmayıl Ediyev yığmamızın toplanışına gəlmir
28.11.2011 - 17:48
Az öncə Azərbaycan milli komandasının dekabrın 5-dən 8-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışına çağırılan İsmayıl Ediyev hazırlıqlara qatılmayacaq. Apasport.az saytının xəbərinə görə, buna səbəb Ediyevin zədəli olmasıdır. Bu barədə futbolçu telefonla zəng edərək Azərbaycan yığmasının baş administratoru İslam Abbasova məlumat verib.
Qeyd edək ki, müqavilə ilə Rusiyanın “Terek” klubuna məxsus olan İsmayıl Ediyev hazırda icarə əsasında “Fakel”də çıxış edir.
Qeyd edək ki, müqavilə ilə Rusiyanın “Terek” klubuna məxsus olan İsmayıl Ediyev hazırda icarə əsasında “Fakel”də çıxış edir.
0
0