3 addım qaldı
28.11.2011 - 21:32
3 addım qaldı
Sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Rumıniyanın “Tomis” klubunun qonağı olacaq Azərbaycanın “Azərreyl” komandası yeni yubileyini müəyyənləşdirə bilər. Apasport.az saytının məlumatına görə, ümumilikdə avrokuboklarda 85-ci, Çempionlar Liqasında isə 53-cü görüşünə çıxacaq Faiq Qarayevin yetirmələri qalib gələrlərsə, bu onların Çempionlar Liqasında qələbə qazandıqları 100-cü set kimi tarixə düşəcək.

Belə ki, indiyə kimi bu turnirdə aktivinə 97 set yazan komandamıza yubileyini qeyd etmək üçün “Tomis”i məğlubiyyətə uğratmaq lazımdır. Rumıniya təmsilçisi ilə görüşün Faiq Qarayevin və “Azərreyl”in Çempionlar Liqasına 3 illik fasilədən sonra qayıdışını nəzərə alsaq, bunun Konstantada reallaşacağını proqnozlaşdırmaq olar.

Yarışın adıOQMS
Çempionlar Liqası52272597-95
Top komandalar kuboku108228-11
CEV kuboku62412-14
Çelenc Cup1615149-12
CƏMİ845232183-132


Qeyd edək ki, “Tomis” – “Azərreyl” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.