“Qəbələ”dən yeni rekord
28.11.2011 - 19:02
“Qəbələ” aşağı yaş qrupları üzrə keçirilən çempionatların ən böyükhesablı qələbəsinə imza atıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klub 11 yaşa qədər futbolçulardan ibarət komandası U-11 Liqasının Şimal-qərb regionu üzrə UGİM Balakənə qarşı keçirdiyi oyunda 20:0 hesabilə qalib gəlib.
Arxada qalan 7 turda maksimum nəticə göstərən Sənan Qurbanovun yetirmələri rəqiblərinin qapısından 56 qol keçiriblər və öz qapılarının toxunulmazlığını qoruya biliblər. Bu il yaradılan “Qəbələ”nin U-11 komandası debüt ilindəcə rekord müəyyənləşdirməyə nail olub. Üstəlik, U-11 Liqasında qarşılaşmaların 30 dəqiqə oynandığını da nəzərə alsaq, azyaşlılar ortalama hər 1,5 dəqiqədə 1 dəfə fərqlənməyi bacarıblar.
Xatırladaq ki, buna qədər “Qəbələ”nin ən böyükhesablı qələbəsi 15:0 olmuşdu. Bu nəticəyə U-13 və U-15 komandaları imza atmışdı.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0