4 zədəli, 1 xəstə, 1 cəzalı
29.11.2011 - 11:05
XX Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində, noyabrın 30-da Quzanlı qəsəbə stadionunda “Qarabağ”la qarşılaşacaq “Sumqayıt Şəhər” “Dalğa Arena”da hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Sumqayıt təmsilçisi oyuna tam heyətlə hazırlaşa bilmir.
Belə ki, Rəşad Kərimov, Samir Abdulov, Aqil Məmmədov, Samir Abasov zədəli, Ruslan Nəsirli isə xəstə olduğu üçün məşqdə iştirak edə bilməyib.
Premyer Liqanın son turunda “Rəvan”la qarşılaşmada zədəli olduğu üçün iştirak etməyən Murad Səttarlı və Ramil Həşimzadə isə artıq hazırlığa başlayıb.
Qeyd edək ki, 1/16 final mərhələsi çərçivəsində “Lokomotiv”lə oyunda qırmızı vərəqə alan Ruslan Qurbanov da Ağdama aparılmayacaq.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0