Mirbağır İsayev: Onun yığmada çalışması çox şeydən xəbər verir
29.11.2011 - 11:16
“Kəpəz”in baş məşqçisi təyin edilən Mirbağır İsayev özünə daha bir köməkçi götürüb. Yığmamızın da çalışan Faiq Əzizov eyni zamanda, Gəncə təmsilçisində qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək.
Təyinatla bağlı fikrini açıqlayan İsayev apasport.az saytına bildirib ki, Əzizovun təcrübəsinə arxayındır: “Onun yığmada çalışması çox şeydən xəbər verir. Hələlik, Faiq Əzizov həm millidə, həm də bizdə qapıçılarla işləyən məşqçi kimi çalışacaq. Klub rəhbərliyinin də məsələdən xəbəri var. Onun 2 yerdə işləməsi bizə çətinlik yaratmır. Gələcəkdə necə olacağını isə zaman göstərəcək”.
Qeyd edək ki, Mehman Allahverdiyevin istefasından sonra baş məşqçi postuna təyin edilən Mirbağır İsayev buna qədər Gəncə futbolunun yetirməsi olan Ceyhun Tanrıverdiyevi və “Neftçi”nin 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rüfət Quliyevi köməkçi məşqçi götürmüşdü.
Faiq Əzizov isə yerli azarkeşlərə yad deyil. O, vaxtilə “Kəpəz”in formasını geyinib, UEFA kuboku çərçivəsində Türkiyənin “Antalyaspor” klubu ilə keçirilən oyunda “çərçivə”ni qoruyub.

0
0