Möhtəşəm seriya qırıldı
29.11.2011 - 11:41
Naxçıvanın “Araz” futzal klubunun Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Joze Alesio da Silvanın yetirmələri noyabrın 28-də “Neftçi” İSM-lə ölkə çempionatının X turunun matçından xalsız ayrılıb.
Son 7 mövsümün dəyişməz çempionu cari mövsümün ilk 9 oyununda 8 qələbə qazanıb, 1 heç-heçə etmişdi. Naxçıvanlılar 2010/11 mövsümündə çempionluğu bayram edərkən də uduzmamışdı. Ötən mövsümün 20 oyununda “Araz” 17 qələbə qazanmışdısa, 3 dəfə bərabərliyə qalmışdı.
Çempionun son yenilgisi isə 2009/10 mövsümünə təsadüf edib. 2010-cu il martın 6-da “Ekol”a 2:3 hesabı ilə uduzan “Araz” həmin mövsümün son 6 oyununda da qalib gəlmişdi.
Bu isə o deməkdir ki, 632 gündən sonra uduzan Naxçıvan təmsilçisi bu müddətdə 35 məğlubiyyətsiz oyun keçirib. Həmin 35 qarşılaşmada 31 qələbə qazanan “Araz” 4 dəfə heç-heçə edib. Yəni “Ekol”dan “Neftçi” İSM-ə qədər çempion 97 xal qazanıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0