Starkovun bəyənmədiyi futbolçu Ronaldo və Messini arxada qoydu
29.11.2011 - 12:00
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən mövsüm yüksək liqalarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yaz-payız sistemi ilə 2011, payız-yaz sistemi ilə 2010/11 mövsümlərinin yekunlarına əsasən tərtib olunan siyahıda ciddi dəyişiklik baş verib.
Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun dünyanın bombardirləri siyahısındakı hegemonluğuna son qoyulub. Dünyanın ən bahalı futbolçusu ötən mövsüm 32 oyunda 40 qol vurmaqla, uzun müddət lider olsa da, artıq 2-ci pilləyə enib.
Buna Estoniyanın “Trans” (Narva) klubunda çıxış edən Aleksandr Çekulayev səbəb olub. Yeni başa çatan mövsümün 35 oyununda 46 qol vuran 26 yaşlı hücumçu Ronaldonu arxada qoyub. Karyerası ərzində Çexiya və İslandiyada da legioner həyatı yaşamış Çekulayev ölkəsinin U-17 yığmasında da çıxış edib. Lakin sonradan digər millilərə lazım olmayıb. Elə “Bakı”nın baş məşqçisi Aleksandr Starkov da superbombardiri əsas yığmaya cəlb etməyib.
Starkova da lazım olmayan hücumçu son illərdə həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən “Barselona”nın argentinalı yarımmüdafiəçisi Lionel Messini də 3-cü pilləyə sıxışdırıb. 31 oyunda 31 dəfə fərqlənən Messi Aleksandr və Ronaldodan geri qalır.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri “Qarabağ”ın gürcü hücumçusu Georgi Adamiya vurduğu 17 qolla oldu. Ancaq həm İFFHS-in 45 nəfərlik siyahısına ən azı 20 qol vuran futbolçular düşdüyündən, həm də Premyer Liqamızın reytinqi dünyada aşağı olduğundan, ən sərrast oyunçumuz kənarda qalıb.

0
0