Azərbaycan futbolunda saxtakar yaxalandı
29.11.2011 - 13:29
Azərbaycan futbolunda saxtakar yaxalandı
AFFA İntizam Komitəsi daha bir “lipa” futbolçu tapıb. Apasport.az saytının məlumatına görə, qurum UGİM (Goranboy) komandasının futbolçusu Bəxtiyar Alışanovun saxta lisenziya ilə oynadığını aşkara çıxarıb.

Onun əməli noyabrın 19-da keçirilən U-14 Liqasının UGİM (Goranboy) – “Şəmkir” matçını araşdırarkən üzə çıxıb. Qərara alınıb ki, Bəxtiyarın oynadığı bütün görüşlərin nəticələri ləğv olunsun və həmin matçlarda UGİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilsin.