Vaqif Qasımov: Dekabrda AZAL-a qayıdıram
29.11.2011 - 13:42
“Hazırda müalicə olunuram. Bronxlarıma soyuq olub”. Bunu Lent.az-a Bakının AZAL futbol klubunun prezidenti Vaqif Qasımov verib.
Qasımov oktyabrın 31-də, Elxan Abdullayevin uğursuz nəticələrlə əlaqədar baş məşqçi postundan istefa verdiyi gün məzuniyyətə çıxıb. Həmin vaxt onun klub prezidenti postuna qayıtmayacağı bildirilirdi. Lakin Qasımov dekabrın əvvəllərində öz vəzifəsinin başında olacağını söyləyib.
Klub prezidenti məzuniyyətə çıxdıqdan sonra soyuqladığını bildirib: “Noyabrın 5-də keçirilmiş AZAL – “Qəbələ” matçına baxmağa getmişdim. Həmin oyunda mənə möhkəm soyuq olub”.
Qeyd edək ki, hazırda AZAL-da prezident funksiyalarını klubun baş sponsoru olan “SW Holding”in rəhbəri Zaur Axundov yerinə yetirir.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0