2 pərdəli tamaşanın I hissəsi
29.11.2011 - 13:49
Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, ölkə kuboku 1 ay öncə start götürsə də, əsas mübarizə indi başlayacaq. Çünki Premyer Liqa klubları mübarizəyə bu mərhələdən qoşulacaq.
Yalnız autsayder “Sumqayıt Şəhər” ötən mərhələdə çıxış edərək, 1/8 finala yüksəlmişdi. İndi onun “Qarabağ”la oyunu böyük maraq doğuracaq. Əslində, bu cütdə komandalar arasında qüvvələr nisbətini nəzərə alsaq, ağdamlıların asanlıqla qalib gələcəyini düşünmək olar. Ancaq bu, ilk baxışdan belədir. Çünki “Qarabağ” Premyer Liqanın cari mövsümündə “Sumqayıt Şəhər”lə keçirdiyi hər 2 matçda qələbəyə həsrət qalıb. Sumqayıtdakı qarşılaşma qolsuz bərabərliklə nəticələnib, Ağdamdakı matç isə debütantın 2:1 hesabı ilə nəticələnib.
Daha 3 cütdə Premyer Liqa klublarının dueli olacaq. “İnter”lə “Turan”ın görüşündə birincilər aşkar favoritdir. Çempionatda işləri yaxşı gedən “bankirlər” liderlər qrupunda yer alıblar. Maddi problemləri olan “Turan” isə Premyer Liqada yerini qorumağa çalışır. Bu mənada tovuzluların kubokda iddiası olmayacaq və onları əsas maraqlandıran güclülər dəstəsində yerini qorumaqdır.
Ən çox maraq doğuran cütlər kimi “Bakı” – “Rəvan” və “Simurq” – “Neftçi”ni qeyd etmək olar. “Rəvan”ın Vladislav Qədirovun baş məşqçi postuna qayıdışından sonra uğurlu çıxışı göz qabağındadır və nəticədə 6-cı pilləyə yüksəlib. Onun rəhbərliyi altında cəmi 1 oyunda uduzan debütantın səfərdə daha yaxşı oynamağı rəqibinin xeyrinə olmayan amildir. Yəni “Bakı”nın uduzmadığı öz bazasında oynamağı ona üstünlük versə də, “Rəvan”ın çempionatda xallarının çoxunu rəqib meydanında qazanmağına diqqət yetirməyə dəyər.
Zaqataladakı oyunun da maraqlı keçəcəyi gözlənilir. Özü də “Simurq”la “Neftçi” ikipərdəli tamaşanın ilk hissəsinə çıxacaq. Məsələ ondadır ki, bu həftə həmin komandalar 2 dəfə görüşəcəklər. Bu, kubok oyunun ardından Premyer Liqanın XV turundakı matç olacaq. Fərq ondadır ki, dekabrın 4-də keçiriləcək həmin görüşdə “Neftçi” meydan sahibi olacaq. “Simurq”un cari mövsümdən baş məşqçisi olan Sergey Yuranın rəhbərliyi altında son vaxtlar inamlı çıxışı göz qabağındadır. Komanda lider “Xəzər Lənkəran”la ev oyununda hesabda 0:2 geridə olduğu halda, ruhdan düşməyib, tarazlığı bərpa etməyə özündə güc tapdı. Zaqatalıların evdə daha yaxşı oynamağı “Neftçi”nin işini çətinləşdirir. Təsadüfi deyil ki, son çempion ilk dövrədə “Simurq”u səfərdə çətinliklə yenə bildi. Bakılılar qələbə topunu (2:1) uzatma dəqiqələrində vura bildi. Həmin vaxt hücumçu Fərid Quliyevə məhsuldar ötürmə verən sağ cinah yarımmüdafiəçisi Rəşad Abdullayevin çempionatdakı cəzası kuboka şamil edilmədiyindən, “Neftçi”yə Zaqataladakı matçda kömək edə biləcək.
Göründüyü kimi, favoritlərdən yalnız “Neftçi” 1/8 finalda səfərdə oynamalı olacaq və “Simurq” püşkün ona verdiyi əlavə üstünlükdən, azarkeş dəstəyindən maksimum yararlanmalıdır.
“Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, AZAL-ın rəqibləri I divizion təmsilçiləri olduğundan, mərhələ keçmək şansları çoxdur. Özü də püşkə görə oyunları evdə keçirmək bu işin öhdəsindən asanlıqla gəlməyə imkan yaradır. Məlum olduğu kimi, ötən mövsümdən kubokun reqlamentində edilən dəyişikliyə əsasən ¼ finala kimi qalib 1 oyunla müəyyənləşəcək. Bu, həmin mərhələyə qədər oyunlara marağı artırmaq, cavab matçlarının formal olmamağı üçün edilib. Düzdür, “Xəzər Lənkəran” öz stadionunda qazonun pis vəziyyətdə olmağı üzündən qarşılıqlı razılığa əsasən oyununu Bakıda keçirəcək. Onun rəqibi “Qaradağ Lökbatan” paytaxtı təmsil etsə də, bu, lənkəranlıların şanslarını azaltmır.
Qeyd edək ki, kubokda ilk dəfə görüşəcək komandaların mübarizəsində 90 dəqiqədə qalib müəyyənləşməzsə, hərəsi 15 dəqiqədən ibarət 2 hissəlik əlavə vaxt təyin ediləcək. O da nəticə verməzsə, oyun sonrası penaltilər cütün taleyinə aydınlıq gətirəcək.
30 noyabr
13:00. “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
13:00. “Kəpəz” – “Bakılı”
Gəncə. Şəhər stadionu
13:00. “Qəbələ” – “Neftçala”
Qəbələ. Şəhər stadionu
13:00. “Qarabağ” – “Sumqayıt Şəhər”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
13:30. “Bakı” – “Rəvan”
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
16:00. “Simurq” – “Neftçi”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
16:00. AZAL – “Şahdağ”
Bakı. “AZAL Arena” stadionu
17:00. “İnter” – “Turan”
Bakı. “Şəfa” stadionu

0
0