Parks xatirə oyununa dəvət olunacaq
29.11.2011 - 14:06
“Bakı”nın kosta-rikalı futbolçusu Uinston Parksın xatirə oyununda iştirak edəcəyi gözlənilir. Apasport.az saytının məlumatına görə, Uels Futbol Assosiasiyası (UFA) intihar edən yığmasının sabiq baş məşqçisi, kapitanı Qari Spidinin xatirəsinə yoldaşlıq matçı təşkil etməyi planlaşdırır.
Bununla bağlı son müzakirələr dekabrın 1-də olacaq və onun keçirilməyi ideyasını UFA prezidenti Fil Pritçardla icraçı-direktor Conatan Ford artıq dəstəkləyib.
UFA rəqib kimi Kosta-Rikanı seçib ki, bu da təsadüfi deyil. Belə ki, Spid futbolçu kimi millidə məhz bu yığma ilə oyunda debüt edib. Bu məsələdə Qarinin ailəsinin istəyi də nəzərə alınacaq. Parks da yığmasına mütəmadi çağırıldığından, həmin oyuna dəvət olunacağı realdır. Üstəlik, oyun Uelsdə keçiriləcəyindən, ora gedib-gəlmək daha asan olacaq.
Qeyd edək ki, milli komandamızla oyunlarda iştirak edərək, qapımıza 3 qol vuran Spid noyabrın 27-də özünü evində asaraq, öldürüb.

0
0