Yığmamızın oyununun biletləri satışa çıxarıldı
29.11.2011 - 16:05
Yığmamızın oyununun biletləri satışa çıxarıldı
Futzal üzrə Avropa çempionatının gələn il Xorvatiyada keçiriləcək final mərhələsinin biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da çıxış edəcəyi yarışın biletlərinin qiymətləri mərhələlər üzrə də, yerlər üzrə də 3 kateqoriyaya bölünüb.

Belə ki, qrup mərhələsi və 1/4 final üçün ən bahalı giriş haqqı 60 xorvat kunası, yəni təxminən 8 avrodur. Bundan başqa, 5,50 və 2:75 avroluq biletlər də var. Yarımfinal görüşlərində isə bu qiymətlər müvafiq olaraq 9,50, 6,75 və 4 avro olacaq. Final və 3-cü yer uğrunda görüşləri izləmək isə daha baha başa gələcək. Həlledici görüşlərə ən ucuz bilet 5,50, ən bahalı isə 11 avroyadır. Son 2 matçda 8 avroluq biletlər də satışa çıxarılıb.

Qeyd edək ki, millimiz fevralın 1-də Portuqaliya, 3-də Serbiya ilə görüşəcək.