Rəqibimiz ikisini udub, ikisini planlaşdırır
29.11.2011 - 16:30
Futzal üzrə dünya çempionatının Bakıda keçiriləcək seçmə oyunlarında Azərbaycan millisinin rəqibi olan Ukrayna yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, rəqibimiz 1 gün əvvəl olduğu kimi, yenə Latviyanı sınağa çəkib.
Ukrayna futzalçıları bu dəfə də asan qələbə qazanıblar – 4:0. Rəqibimiz ilk matçda 6:2 hesabı ilə qalib gəlmişdi.
Bu qələbələrdən sonra Ukrayna yığmasının qarşıdakı planları da məlum olub. Rəqibimiz indi də Qazaxıstanla 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Dekabrın 7-8-də baş tutacaq matçlar Xerson şəhərində keçiriləcək.
Qeyd edək ki, millimiz qrupda son oyununu keçirəcəyi Ukrayna ilə dekabrın 18-də qarşılaşacaq.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0