“Neftçi”ni məğlub etmək istəyirik, ancaq hakimlər imkan versələr”
29.11.2011 - 17:17
“Ancaq qələbə haqda düşünürük. Çünki bu mərhələdə cəmi bir oyun olacaq və mərhələ adlamaq niyyətindəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində sabah “Neftçi” ilə qarşılaşacaq “Simurq” matçın hazırlığını Zaqatalada həyata keçirir. Son turlarda inamlı təsir bağışlayan Sergey Yuranın yetirmələri kubokda mərhələ adlamaq istəyirlər.
Klub rəsmisi isə bunun ancaq futbolçulardan asılı olmadığını deyib. O, rəqibin gücünü nəzərə almaqla yanaşı, hakimlərə də səslənməyi vacib bilib: “Biz udmaq istəyirik, ancaq hakimlər imkan versələr. Bilirik ki, “Neftçi” güclü rəqibdir. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Qalır ədalətli hakimlik. Bu da olsa, maraqlı oyun izləyəcəyik”.
Əliyevin sözlərinə görə, oyun canlı yayımlanacaq: “Oyun Lider TV vasitəsilə yayımlanacaq. Sözün düzü, adıçəkilən kanal bizə oyunu yayımlamaq istəmələri ilə bağlı müraciət etdilər. Biz də razılıq verdik”.
Bu arada “Simurq”un qış fasiləsi zamanı təlim-məşq toplanışı harada keçirəcəyi dəqiqləşib. Belə ki, Zaqatala təmsilçisi Antalyada səfər edəcək: “Toplanış keçirməyi planlaşdırmışıq. Artıq danışığımız da olub. Baş məşqçi iki təlim-məşq toplanışı keçirmək istəyir. Hər ikisi Antalyada olacaq. Yanvarın 10-da və ya 11-də səfərə çıxacağıq”.

0
0