Berti Foqts: Növbəti mərhələ, növbəti siftə
30.11.2011 - 00:02
Berti Foqts Azərbaycan millisi üçün daha bir “siftə” reallaşdırıb. Apasport.az saytının məlumatına görə, 2008-ci ilin aprelindən baş məşqçisi olduğu yığmamızla bir sıra ilklərə, rekordlara imza atan 65 yaşlı almaniyalı mütəxəssis bu dəfə təqvimin müəyyənləşməsində öz sözünü dedi.
Məlum olduğu kimi, yığmamız DÇ-2014-nün seçmə mərhələsinə İsraillə ev oyunu ilə başlayıb, ruslarla evdəki matçla yekun vuracaq. Təqvimin müəyyənləşdiyi Lüksemburqda müzakirələrdə iştirak edən Foqts seçmə mərhələyə öz meydanımızda başlayıb, öz meydanımızda yekun vuracağımıza imkan yaratdı. Bununla, millimiz 1994-cü ildən başlayan seçmə tarixində ilk dəfə vətəndə start götürüb, vətəndə nöqtə qoyacaq.
Arxada qalan 9 seçmə mərhələdə mübarizəyə səfərdə başlayıb evdə bitirmək, yaxud əksinə, habelə səfərdə başlayıb, səfərdə yekun vurmaq halları olub. Foqts özü millimizdə işlədiyi 2 seçmə mərhələnin hər ikisində rəqib meydanında start götürsə də, birində sonluğu evdə, digərində səfərdə qoydu. Əlbəttə, 15 aylıq marafona öz meydanımızda başlayıb, elə orada da yekun vurmaq ilk növbədə azarkeşlərin maraqlarına uyğun gəlir.
İndi hamını düşündürən əsas məsələ Foqtsun gələcək taleyidir. Bunun AFFA-nın İcraiyyə Komitəsinin bu günkü iclasında müəyyənləşəcəyi rəsmən açıqlanıb. Hazırda vətənində olan almaniyalı mütəxəssisin ürəyi Bakıda, müzakirələrin gedəcəyi ARDNŞ-in baş ofisində döyünəcək. Əgər İK üzvləri Foqtsun postunda qalıb, AFFA-nın onunla müqaviləni uzatmağına qərar verərsə, çalışdırıcı təqvimdə etdiyi “siftə”ni reallaşdırmaq imkanı qazanacaq. Çox güman, almaniyalı yenə postunda qalacaq ki, bununla da üçüncü seçmə mərhələdə yığmamızın “sükanı arxası”nda olacaq.
Əks halda, bunu Foqtsun xələfi reallaşdırmalı olacaq. İstənilən halda, almaniyalı həftəsonu ölkəmizə qayıdıb, dekabrın 5-dən 8-dək Bakıda seleksiya xarakterli keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.
Avro-1996-nın seçmə mərhələsi
7 sentyabr. Buxarest. Rumıniya – Azərbaycan 3:0
15 noyabr. Trabzon. Azərbaycan – Polşa 0:0
DÇ-1998-nin seçmə mərhələsi
2 iyun. Oslo. Norveç – Azərbaycan 5:0
11 oktyabr. Sürix. İsveçrə – Azərbaycan 5:0
Avro-2000-nin seçmə mərhələsi
5 sentyabr. Koşitse. Slovakiya – Azərbaycan 3:0
9 oktyabr. Bakı. Azərbaycan – Slovakiya 0:1
DÇ-2002-nin seçmə mərhələsi
2 sentyabr. Bakı. Azərbaycan – İsveç 0:1
7 oktyabr. Stokholm. İsveç – Azərbaycan 3:0
Avro-2004-ün seçmə mərhələsi
7 sentyabr. Bakı. Azərbaycan – İtaliya 0:2
11 oktyabr. Reco di Kalabriya. İtaliya – Azərbaycan 4:0
DÇ-2006-nın seçmə mərhələsi
4 sentyabr. Bakı. Azərbaycan – Uels 1:1
12 oktyabr. Kardiff. Uels – Azərbaycan 2:0
Avro-2008-nin seçmə mərhələsi
2 iyun. Belqrad. Serbiya – Azərbaycan 1:0
21 noyabr. Bakı. Azərbaycan – Belçika 0:1
DÇ-2010-un seçmə mərhələsi
6 sentyabr. Kardiff. Uels - Azərbaycan 1:0
14 oktyabr. Bakı. Azərbaycan - Rusiya 1:1
Avro-2012-nin seçmə mərhələsi
7 sentyabr. Köln. Almaniya - Azərbaycan 6:1
11 oktyabr. İstanbul. Türkiyə - Azərbaycan 1:0
DÇ-2014-nün seçmə mərhələsi
7 sentyabr. Azərbaycan – İsrail
15 oktyabr. Azərbaycan – Rusiya

0
0