Starkov “lyubimçik”ini oynatmayacaq
30.11.2011 - 00:05
Starkov “lyubimçik”ini oynatmayacaq
“Bakı” klubunun zədəli futbolçuları artıq sıraya dönüblər. Apasport.az saytının məlumatına görə, Fabio Luis Ramin və Stefan Bates uzun müddətdən sonra yenə də oynamaq iqtidarındadırlar.

Lakin komandanın baş məşqçisi Aleksandr Starkov böyük ümidlərlə komandaya gətirdiyi Maris Verpakovskisin xidmətindən hələ qarşıdakı iki oyunda da bəhrələnə bilməyəcək. İş ondadır ki, həkimlər 32 yaşlı futbolçunun ən azı 1 həftədən sonra oynaya biləcəyini deyiblər.

Onsuz da yoxluğu hiss olunmayan futbolçunun Azərbaycan Kuboku çərçivəsində “Rəvan”a, Premyer Liqada isə AZAL-a qarşı oynamayacağı dəqiqdir.

Qeyd edək ki, Starkovun “Bakı” klubu ilə yanaşı, Latviya millisində də sevimlisi olan Verpakovskis hələlik gözlənilən səviyyədə oynamır. Premyer Liqanın geridə qalan 14 turunun əksər görüşlərində meydançaya çıxmasına baxmayaraq, rəqib qapılarına cəmi iki dəfə yol tapıb. Onun əsas rəqibi Uniston Parks isə rəqib qapıçılarını 6 dəfə məyus edib.
0