Elmar Baxşıyev: “Kəpəz”də oynaya bilərəm
30.11.2011 - 00:07
Elmar Baxşıyev: “Kəpəz”də oynaya bilərəm
“Neftçi”dən ayrıldıqdan sonra heç bir komanda ilə konkret danışığa getməmişəm. Düzü, hələ heç bir komandaya müraciət belə etməmişəm ki, gəlim sizinlə məşq edim”. Bu sözləri apasport.az saytına açıqlamasında müqavilə ilə “Neftçi”yə məxsus olan Elmar Baxşıyev deyib.

Böyükağa Hacıyev tərəfindən əsas heyətdən kənarlaşdırılan Baxşıyev hazırda fərdi məşq etməklə kifayətlənir. Mirbağır İsayev “Kəpəz” klubunun baş məşqçisi olduqdan sonra onun məhz bu komandada oynamaq ehtimalı yaranıb: “Düzü, hələ heç bir klubdan konkret dəvət almamışam. “Kəpəz” variantına gəldikdə, bu klubda oynaya bilərəm. Amma açıq şəkildə bildirməliyəm ki, bu klubdan konkret dəvət almamışam. Qış fasiləsini gözləmək vacibdir. İndi hər hansı bir kluba keçsəm də, oynaya bilməyəcəyəm. Hələ ki, gözləyirəm”.
0