Bakıda qalib gələn 72 yaşlı baş məşqçi ilə 2 illik müqavilə imzalandı
29.11.2011 - 18:47
Avro-2012-in final mərhələsinin iştirakçısı olan İrlandiya milli komandası baş məşqçi məsələsini həll edib. Apasport.az saytının məlumatına görə, irlandiyalılar hazırkı çalışdırıcı Covanni Trapattoni ilə yeni müqavilə imzalamağa qərar veriblər. Əfsanəvi italiyalı mütəxəssisin 72 yaşı olsa da, onunla müqavilə daha 2 illiyə uzadılıb.
İrlandiya yığması uzun fasilədən sonra final mərhələsinə məhz Trapattoninin sayəsində çıxıb. Onlar pley-off oyunlarında Estoniya millisinə qalib gələrək (səfərdə 4:0, evdə 1:1), Avro-2012-in final mərhələsinə çıxıb. 2008-ci ildən irlandiyalılara rəhbərlik edən Trapattoni yığmanı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına çıxarmaq üçün seçmə mərhələ oyunlarına hazırlayacaq.
Qeyd edək ki, Trapattoni öz ölkəsinin yığmasını çalışdırdığı vaxtda milli komandamızla görüşüb. İtaliya yığması onun rəhbərliyi altında Avro-2004-ün seçmə mərhələsində millimizə səfərdə 2:0, evdə 4:0 hesabı ilə qalib gəlib.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0