2 rekordçudan biri - Aleksandr Səmədov
29.11.2011 - 19:15
2 rekordçudan biri - Aleksandr Səmədov
Moskva “Dinamo”sunun futbolçusu Aleksandr Səmədov Rusiya Premyer Liqasının cari mövsümünün rekordçusudur. Apasport.az saytının məlumatına görə, 27 yaşlı sağ cinah yarımmüdafiəçisi 32 turun hamısında meydanda olub. Səmədov əvəzlənsə də, bu il çempionatının bütün matçlarında baş məşqçinin etimadını qazanıb.

O, bu rekorduna görə komanda yoldaşı Anton Şuninlə şərik olub. “Dinamo”nun qapıçısı XXXII turda “Rubin”lə səfər matçında əvəzlənməsəydi, bütün matçlarda sona kimi oynayan yeganə futbolçu olacaqdı. Ancaq Şunin Kazanda 0:2 hesabı ilə uduzduğu oyunun 2-ci hissəsində zədələnərək, əvəzlənib və nəticədə mütləq rekordçu ola bilməyib.

Məlum olduğu kimi, martın ilk günlərinə kimi fasiləyə çıxan Rusiya Premyer Liqasında cari mövsümündə digər futbolçumuz Vaqif Cavadov da çıxış edir. Hücumçu yaydan şərəfini qoruduğu “Volqa”nın heyətində 11 oyun keçirib. Səmədov Rusiya yığmasını seçdiyinə, Cavadov isə yığmamızın düşərgəsini özbaşına tərk etməyi nəticəsində AFFA-nın 1 illik cəzasına məruz qaldığı üçün millimizdən kənarda qalıb. İstənilən halda, Aleksandr Premyer Liqada hələ qol hesabını açmayan həmyerlisindən üstün olaraq, öz klubunda daim əsas heyətdə meydana çıxır. Səmədov məhsuldar ötürmələrdə də rekordçudur.