“Barselona”dan növbəti rekord
30.11.2011 - 09:59
“Barselona” növbəti rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi İspaniya çempionu tarixində dalbadal 11 ev oyununda qol buraxmayan ilk komanda oldu. Bu, ötən gecə “Nou Kamp” stadionunda “Rayo Valekano” üzərində 4:0 hesablı qələbə ilə reallaşdı. Sonuncu dəfə “Barsa”ya öz meydanında qol vuran komanda “Almeriya” olub. Bu, ötən mövsüm aprelin 9-da baş verib. Bundan sonra Xosep Qvardiolanın baş məşqçisi olduğu komanda evdə 11 oyunda 41 qol vuraraq, top buraxmayıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0