Səidə Dadaşovadan apasport.az-ın təklifinə dəstək
30.11.2011 - 10:14
Səidə Dadaşovadan apasport.az-ın təklifinə dəstək
Azərbaycanın tanınmış müğənnisi Səidə Dadaşova gələn il Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında dünya çempionatının talismanının adı ilə bağlı fikir bildirib. Apasport.az saytının məlumatına görə, “Olimpiya dünyası” qəzetinin 10 illik yubiley tədbirində iştirak edən gənc müğənni orada iştirak edən maskotun necə adlanmasını hiss etdirib.

Belə ki, məşhur aktyor, xalq artisti Rafael Dadaşovun qızı talismanı “Tıq-Tıq xanım, gəl meydana” deməklə rəqsə dəvət edib. Tədbir boyu adsız talismanı Tıq-Tıq xanım adlandıran Səidə xanım bununla da apasport.az saytına dəstək verib.

Belə ki, AFFA-nın ötən ilin sonlarından maskotla bağlı elan etdiyi müsabiqəyə hamıdan əvvəl qatılan saytımız məhz bu adlı talismanı təklif etmişdi.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun bildirdiyinə görə, hələ ad verilmədiyi üçün talisman maskot adlanır.