Ölkə kuboku qalmaqalla yekunlaşdı
30.11.2011 - 18:36
Ölkə kuboku qalmaqalla yekunlaşdı
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 1/4 finala vəsiqələr 1 oyunun nəticəsinə əsasən müəyyənləşib.

Baş tutan qarşılaşmalardan sonra “Xəzər Lənkəran”, “Bakı”, “Kəpəz”, “Neftçi”, AZAL, “Qəbələ”, “Qarabağ” və “İnter” növbəti mərhələyə adlayıblar.

Düzdür, günün son oyunu olan “İnter” – “Turan” görüşü sonacan oynanılmayıb.

Hesab 2:0 olandan sonra, Tovuz təmsilçisi ikinci hissəyə çıxmayıb. İstənilən halda, bu səbəbdən “Turan”a texniki məğlubiyyət verilməklə yanaşı, pul cəzası da kəsiləcək.


30 noyabr


AZAL – “Şahdağ” - 2:0
QOLLAR: Zohair Benouahi, 65, Nuqzar Kvirtiya, 90
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Mirzə Fərzəliyev, Elnur Muradov
Bakı. “AZAL Arena” stadionu

“Simurq” – “Neftçi” - 0:1
QOL: Bahodir Nasimov, 22
Qırmızı vərəqə: Vasili Yanotovski, 82 (“Simurq”); Flavinyo, 29 (“Neftçi”)
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Elşən Acalov, Əliyar Ağayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

“İnter” – “Turan” - 2:0
QOLLAR: Samir Zərgərov, 6, Asif Mirili, 43
Hakimlər: Fuad Həsənov, Elman Musayev, Yaşar Abbasov, Fariz Yusifov
Bakı. “Şəfa” stadionu

“Bakı” – “Rəvan” - 0:0 penaltilərlə 3:2
Penaltilər seriyası: Miloş Zeçeviç (0:1), Fabio Luis Ramim (1:1), Şeriff Suma (1:1, qapıçı), Aleksandr Şoliç (2:1), Samuel Barlay (2:1, qapıçı), Vadim Borets (2:1, tir), Ramazan Abbasov (2:1, yan), Xavyer Junior (2:1, qapıçı), Tagim Novruzov (2:2), Jaba (3:2)
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Vaqif Musayev, Anar Salmanov
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu

“Qəbələ” – “Neftçala” - 3:0
QOLLAR: Serje Cehua, 1 (p.), 56; Saşa Yunisoğlu, 73
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Ruslan Quliyev, Teymur Fərhadov
Qəbələ. Şəhər stadionu

“Qarabağ” – “Sumqayıt Şəhər” - 3:0
QOLLAR: Bəxtiyar Soltanov, 19; Əfran İsmayılov, 24; Leonardo Roşa, 40
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

“Kəpəz” – “Bakılı” - 2:0
QOLLAR: Ceyhun Sultanov, 47, 64
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Əli Məmmədov, Anar Göyçayski
Gəncə. Şəhər stadionu

“Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” - 3:0
QOLLAR: Katalin Doman, 24, 90; Branimir Subaşiç, 30
Qırmızı vərəqə: Bayram Kərimov, 65 (qırmızı vərəqə, “Qaradağ Lökbatan”)
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Əhmədov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu