UEFA Azərbaycan klublarını yeni yaranan turnirə çağırır
30.11.2011 - 11:03
Avropa futbolunda yeni turnirin yaranması gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, UEFA Çempionlar Liqasının yeni modeli Azərbaycan klubları üçün də maraq doğurur.
Belə ki, yeniyetmələrin Çempionlar Liqası ideyası ortaya atılıb. Bu layihə gerçəkləşərsə, AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar arasında təşkil etdiyi çempionatların qalibi Avropada ölkəmizi təmsil edəcək.
Bu ideyanın gerçəkləşdirilməsi ilə bağlı ilk görüşdə Hollandiya Krallığı Futbol İttifaqının prezidenti Mihael van Praaq, İtaliya Futbol Liqası, İngiltərə Futbol Assosiasiyasının və Avropa Klublar Assosiasiyasının nümayəndələri iştirak edəcək.
İdeyanın UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corcio Marketti tərəfindən verildiyi bildirilir. Avropa nəhənglərindən “Barselona” (İspaniya), “İnter” (İtaliya), “Ayaks” (Hollandiya), həmçinin “Tottenhem” (İngiltərə) və “Partizan” (Serbiya) klubları da yarışla bağlı görüşə dəvətlidir.
Qeyd edək ki, yarışın formatı və iştirakçıların seçim kriteriyaları hələ açıqlanmır.

0
0