“Ərciyəsspor”dan Amit Quluzadəyə xəbərdarlıq
30.11.2011 - 12:40
“Ərciyəsspor”dan Amit Quluzadəyə xəbərdarlıq
Azərbaycan yığmasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” klubu rəsmi açıqlama yayıb. Apasport.az saytının məlumatına görə, Bank Asiya I Liqanın son turunda “Göztəpə”yə uduzan kayserililər məğlubiyyətdən o qədər narahat olublar ki, komandada problem olmadığını açıqlayıblar.

Klubun mətbuat xidmətinin rəhbəri Kaan Savruk hər şeyin qaydasında olduğunu bildirib. O, məğlubiyyətin heç nə demək olmadığını, qarşıdakı 3 oyunu udmaqla, I dövrəni zirvədə bitirmək istədiklərini açıqlayıb. Savruk “Elazığspor”la görüş haqda da danışıb: “Komandamızda cəzalı və zədəli futbolçular yoxdur. Lakin vərəqə limitinə yaxınlaşanlar var ki, növbəti sarı vərəqə onları cəzalı duruma salacaq. Bu üzdən də Davut, Cəmil, Amit Quluzadə, Sərkan və Vilim Posinkoviçə xəbərdarlıq etmişik ki, ehtiyatlı olub vərəqə almasınlar”.

Qeyd edək ki, “Ərciyəsspor” “Elazığspor”la dekabrın 3-də evdə görüşəcək.
0