Samir Əliyev: Yaxşı variant var
30.11.2011 - 13:12
“İlin sonunadək oynamayacağam. Hazırda boş-bekarçılıqdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın futbolçusu Samir Əliyev deyib.
Vaxtilə kapitanı olduğu “Simurq”u mövsümlərarası fasilədə Tovuz təmsilçisinə dəyişən 32 yaşlı hücumçu xeyli vaxtdır yaşıl meydandan kənarda qalıb. “Turan”da olan maddi problemlər bir sıra futbolçular kimi, onu da komandadan ayrı salıb.
Ancaq təcrübəli futbolçu karyerasını rəsmən bitirməyə tələsmir: “Hələ oynamaq istəyirəm. Hərdən fərdi məşq edirəm. Bunu ilk növbədə çəkimin artmamağı üçün edirəm. Qış fasiləsini gözləyirəm. Yaxşı bir variantım var. Həmin variantın reallaşmağı üçün yanvarı gözləyirəm. Ancaq qabaqcadan konkret danışmaq istəmirəm. Elə belə, sakitçilik olsa, yaxşıdır. Gündəmdə olmaq istəməzdim”.
Deyəsən, Samir Əliyevi hələ hesabda silməyən klub var: “Görək də, qismət olsa, oynayacağam. Olmasa, karyeramı bitirməliyəm. Bu mövsümdə yaşıl meydana qayıtmaq istəyirəm. “Turan”da 1-2 oyunda meydana çıxdım. Klubla cari mövsümün sonuna kimi müqaviləm var. Ancaq digər komandaya keçidim variantım alınarsa, problem yaratmazlar. “Mən “Turan”da olduğum müddətdə oradan pul almamışam”.
Qeyd edək ki, Samir onu “Turan”a dəvət edən, əvvəllər də baş məşqçisi olan Əsgər Abdullayevin rəhbərliyi altında 2 oyun (102 dəqiqə) keçirib. Bunlar Tovuzdakı matçlar olub. Hücumçu II turda “Kəpəz”ə 3:1 hesabı qalib gəldikləri oyunda 23-cü dəqiqədə meydana daxil olub, 67-ci dəqiqədə əvəzlənib. VI turda “Bakı”ya 0:2 hesabı uduzduqları oyunda isə start heyətində yer alan Samir komandanı kapitan kimi meydana çıxarıb və 67-ci dəqiqədə əvəzlənib.
Mehman SÜLEYMANOV

0
0