FİFA yenə Azərbaycandan yazdı
30.11.2011 - 13:17
FİFA-nın rəsmi saytı 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığma komandalar (U-17) dünya çempionatının final mərhələsini diqqətdən kənarda qoymur. Apasport.az saytının məlumatına görə, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində keçirilən "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində quraşdırılmış FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ekspozisiyası ilə tanış olmuş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin start sayğacını işə salmışdı. FİFA-nın rəsmi saytında fəaliyyət göstərən FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin xüsusi səhifəsində bununla bağlı yazı yerləşdirilib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0