Aslan Kərimov futbolla rəsmən vidalaşdı
30.11.2011 - 13:43
Aslan Kərimov futbolla rəsmən vidalaşdı
Azərğaycan futbolunu təcrübəli isimlərindən olan Aslan Kərimov bu gun futbolçu karyerasına rəsmən son qoyub. Apasport.az saytının məlumatına görə, bu hadisə Azərbaycan kubokunun 1/8 final mərhələsinin «Qarabağ» - «Sumqayıt Şəhər» oyunundan əvvəl baş verib.

«Qarabağ»ın heyətində 346 oyun keçirən və 6 qol vuran Kərimov uzun müddət Ağdam klubunun kapitanı olub.

Qeyd edək ki, oyundan əvvəl «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Aslan Kərimov arxasında rəmzi olaraq 346 yazılmış forma təqdim edib

Qeyd edək ki, Aslan Kərimov «Qarabağ»la yanaşı “Azəri”, “Neftçi”, “Kəpəz", “ANS-Pivani”, “Şəmkir” klublarında oynayıb, qısa zaman kəsiyində "Baltika"nın (Rusiya) heyətində legioner həyatı da yaşayıb. 5 qat Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibidir.

Azərbaycan milli komandasında ən yox oyun keçirmiş futbolçular sırasındadır.