AFFA İK üzvü: İclasda iştirak etsəydim, Foqtsa səs verərdim
30.11.2011 - 14:21
AFFA İK üzvü: İclasda iştirak etsəydim, Foqtsa səs verərdim
AFFA-nın üzvü olan Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov qurumun İcraiyyə Komitənin (İK) bu gün keçirilən iclasına qatılmayıb. Bu haqda Lent.az-a M.Məmmədovun özü məlumat verib. O, xidməti ezamiyyətdə olduğu üçün toplantıda iştirak edə bilmədiyini söyləyib. Bununla belə, İK üzvü Berti Foqtsun Azərbaycan yığmasındakı taleyi ilə bağlı mövqeyini açıqlayıb: “İclasda iştirak etsəydim, Foqtsun millimizdə qalmasına səs verəcəkdim. Hər halda, AFFA-dan fikrimi öyrəniblər və mən mövqeyimi çatdırmışam”.

Qeyd edək ki, AFFA İK-nın 11 üzvü var.
0