“Sven-Qoran Eriksson öz xidmətini Azərbaycan millisinə təklif edib”
30.11.2011 - 14:55
“Sven-Qoran Eriksson öz xidmətini Azərbaycan millisinə təklif edib”
İngiltərə yığmasının sabiq baş məşqçisi Sven-Qoran Eriksson milli komandamızı çalışdırmaq istəyib. Bu haqda apasport.az saytına AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev məlumat verib.

O bildirib ki, üzvü olduğu İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında Erikssonun namizədliyi haqda az da olsa, müzakirə gedib: “İclasda belə bir informasiya verildi ki, Eriksson öz xidmətlərini milli komandamıza təklif edib. Ancaq mən özündən razı bu məşqçinin gəlməyinin tərəfdarı deyiləm. Getsin, öz işi ilə məşğul olsun. O, kimdir ki? Gəlsə, nə fərq var ki? Erikssondansa, Foqtsun qalmağı daha yaxşıdır və buna qərar verdik. Almaniyalı artıq xeyli vaxtdır milli komandamızı çalışdırır, çempionatımıza bələddir, futbolçuları tanıyır. Eriksson gəlsə, hər şeyə yenidən başlayacaq. Bu isə bizə lazım deyil. Eriksson yaxşı məşqçi olsaydı, İngiltərənin aşağı divizionundan qovulmazdı”.

Qeyd edək ki, təcrübəli mütəxəssislərindən olan Eriksson son vaxtlar işi uğursuzluqla nəticələnir. 63 yaşlı isveçli məşqçi cari mövsümün əvvəlində uğursuz çıxışa görə İngiltərənin II divizion təmsilçisi “Lester”dən qovulub.

Mehman SÜLEYMANOV
0