Kazbek Tuayev: Bizə yuxarıdan aşağı baxırlar
30.11.2011 - 17:00
AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin apasport.az saytına müsahibəsi
- İcraiyyə Komitəsində çıxarılan qərarlar haqda fikirlərinizi bilmək istərdik.
- Mən Foqtsun qalmasının tərəfdarı idim. Milli komanda ötən seçmə mərhələdə pis çıxış etmədi. Foqts pis işləmədi, yaxşı oyunlarımız oldu. Mənə onları xatırlamaq çox xoşdur. Türkiyə üzərində Bakıda layiqli qələbə qazandıq, İstanbulda da pis təsir bağışlamadıq. Qazaxıstanı da öz meydanımızda yaxşı oyunla məğlub etdik. Bu səbəbdən də Foqtsu dəstəklədim. Bir daha deyirəm ki, əgər Avstriya ilə Bakıdakı matçda baş hakim futbolçumuzu meydandan qovub, bizi çətin vəziyyətdə qoymasaydı, 1:4 hesabı ilə uduzmazdıq. Onun belə qərar verməyi biabırçılıqdır. Əlbəttə, Foqts təcrübəli mütəxəssisdir və onun növbəti seçmə mərhələdə işləməyi daha məqsədəuyğun olardı. Ancaq mənim narazı qaldığı məqamlar da vardı və fikirlərimi bildirdim.
- Narazı qaldığınız məqam nədən ibarət idi?
- Necə ola bilər ki, Vaqif Cavadov, Kamran Ağayev, Elnur Allahverdiyevi yığmaya götürməyək. Deyirlər ki, Vaqif millinin düşərgəsini tərk edib. Hə, buna görə onu cəzalandırmaq lazımdır, ancaq yığmadan kənarlaşdırmaq olmaz. Onlar bizimdir və mütləq heyətdə olmalıdırlar.
- Sizcə, İntizam Komitəsinin Vaqif Cavadova verdiyi 1 illik cəza götürüləcək?
- Fikrimcə, belə olacaq. Mən, Ələkbər Məmmədov, İsgəndər Cavadov bununla bağlı fikirlərimizi bildirdik. Əgər lazım olarsa, hamımız Foqtsun yanına gedər, oturub, söhbətləşərik. Ona izah edərik ki, Vaqif tamam başqa oğlan, tərbiyəli insan, yaxşı futbolçudur, milli komandaya kömək edər. Sonda bu fikrə gələrik ki, Cavadov mütləq çağırılıb, yığmada olmalıdır. Hamılıqla seçmə mərhələdə yaxşı çıxış etmək məqsədini yerinə yetirməliyik. Çünki təqvim bizim üçün çox pis alınıb.
- Nədən narazısınız? Seçmə mərhələnin əvvəlində ardıcıl səfər oyunlarından?
- Əlbəttə. Niyə seçmə mərhələnin əvvəlində dalbadal səfər oyunları keçirməliyik? Axı bu, biabırçılıqdır. Futbolda belə şey olmur. Çalışıb-vuruşmalıyıq. Bəli, reytinqimiz aşağıdır, bizə yuxarıdan aşağı baxırlar. Ancaq istənilən halda, daha yaxşı təqvimə nail olmalı idik. İndi isə elə alınıb ki, seçmə mərhələnin əvvəlində 4 səfər oyunumuz var. Allah eləməsin, artıq həmin vaxt xalımız olmasa, onda necə olacaq? Ancaq birini evdə, birini səfərdə keçirmək, pis deyil. Onda daha çox xal yığmaq imkanı olur, mübarizə aparırsan. Əvvəldən şans itirmək pisdir. Bilirsiniz, niyə mənə çox üzücüdür?
- Nəyə?
- Çünki istəyirəm ki, Rusiya yığmasına qalib gələk. Ancaq onlarla səfərdə oynamaq çox çətin olacaq. Əvəzində son ev oyunumuz ruslara qarşıdır. Elə ola bilər ki, heç xal lazım olmasın və onda oyuna maraq itəcək. Bütün bunlar mənim üçün üzücüdür.
- Foqtsla müqavilənin müddəti uzadılıbsa, onun qarşısında müəyyən vəzifə qoyulmalıdır. Bununla bağlı hansı müzakirələr oldu?
- Milli komanda mütləq növbəti seçmə mərhələdə özünü yaxşı tərəfdən göstərməli, daha çox gənc futbolçular cəlb olunmalı, bu siyasəti davam etdirməliyik. Təbii ki, yığmamız çıxışı ilə xalqımızı sevindirməlidir. Bütün bunlar Foqtsun qarşısında duran vəzifələrdir.
- Pley-offa vəsiqə verən 2-ci yer uğrunda mübarizə aparmaq hələ tezdir?
- Axı komandamızın potensialını yaxşı bilirik və pley-offa mübarizə aparmaq hələ bizim üçün tezdir. Ona görə də indi bunu reallaşdırmaq çətindir. Ancaq daha sonrakı seçmə mərhələ - yəni Avro-2016-nin final mərhələsinin iştirakçıları artırılarsa, onda qarşıya konkret vəzifə qoymaq olar. Bu zaman məsələ tamam başqa cür olacaq.
- Milli komandanı yerli, yaxud başqa əcnəbi məşqçinin çalışdırmağı məsələsi müzakirə olundumu?
- Bununla bağlı elə bir müzakirə olmadı. Sadəcə, belə fikir səsləndi ki, gələcəkdə milli komandanı yerli məşqçinin çalışdırmağı daha arzuolunandır. Hamı da bununla razılaşdı.
- Gündəlikdə duran 2-ci məsələ “İnter”in “Şəfa” stadionunu birdəfəlik alması ilə bağlı müraciətidir ki, buna da müsbət cavab verildi...
- Bu, düz qərardır. Qoy bu stadion “İnter”ə satılsın. Afərin onlara! Bu klubun yaxşı rəhbərliyi var, stadionda yaxşı işlər görüblər. Futbolçular, insanlar üçün çox yaxşı haldır. Mən bu işləri alqışlayıram.
- Bir sıra veteranlar AFFA-dan təqaüd alacaq. Bunu veteran futbolçu kimi siz təklif etdiniz?
- Veteran futbolçularımızın AFFA-dan təqaüd almağı yaxşı haldır. Bir sıra veteranlarımızın adlarının siyahıya daxil olunmağı qəbul olundu. Onlar buna layiqdirlər və gərək təqaüd alsınlar.
- Ağasəlim Mircavadovla Rüstəm Rəhimovun məsələsinə İcraiyyə Komitəsində baxılacaq...
- Hər ikisinə dedilər ki, onlar da AFFA-dan təqaüd alacaqlar.
- Maraqlıdır, təqaüd nə qədərdir?
- 180 manat.
- Siz də təqaüd alırsınız?
- Bəs nə? Ancaq mən dövlət təqaüdünü almıram.
- Niyə?
- Çünki mənə AFFA-dan verilən təqaüdü yetərli sayıram.
Mehman SÜLEYMANOV

0
0