“Vaqifin yığmadan uzaqlaşdırılması tək Foqtsluq deyil” - MÜSAHİBƏ
01.12.2011 - 00:03
Rusiyanın “Volqa” klubunun futbolçusu Vaqif Cavadovun atası Füzuli Cavadovun apasport.az saytına müsahibəsi
- Oğlunuzun milli komandadan imtinası çox müzakirə olundu. Sizin buna münasibətiniz necədir?
- Elə insanlar var ki, əsəbi olanda onlara yaxınlaşmaq olmaz. Hərənin bir xasiyyəti var. Eləsi də var ki, qarşısında kim durarsa-dursun, sözünü deyəcək. İnsanda səbr olmalıdır. Mən MOİK-də işləyəndə komanda öz meydanında “Şəmkir”ə uduzmuşdu. Klubun rəhbəri Natiq Əliyev oyundan sonra məni çağırıb soruşdu ki, məğlubiyyətə səbəb nədir. Dedim, rəis siz əsəbi, mən əsəbi. Oyundan sonra bir-birimizə nəsə deyə bilərik: oyunu satanı siz də tanıyırsınız, mən də. Sabah oturub, araşdırdıq. Söz gəzirdi ki, guya “Şəmkir”in sabiq prezidenti Saşa (Şahbaz Süleymanov – red) mənə 2 konyak göndərib. Əgər Saşa konyak göndərsəydi, yeşiklərə göndərərdi. Vaqif də belə. Məğlubiyyətə görə, bir futbolçunu günahlandırmaq olmaz. Saşa Yunisoğlu komandanı azlıqda qoysa da, ona heç nə demirlər. Oyundan sonra bu və digər məşqçinin sənə görə uduzmuşuq deməsi, düzgün deyil.
- Vaqifin hərəkətinə Azərbaycanda nadir hallarda rast gəlinir. Bəlkə də bunu Azərbaycan yığmasının deyil, Hollandiya və Rusiya millisinin üzvü etsəydi, bu qədər müzakirə olunmazdı...
- Belə şeylər olur. O vaxtı Kazbek Tuayev baş məşqçi olanda, bir neçə nəfərin oyunu satması iddia edildi. Başladılar Əli Rəhmanovu günahlandırmağa. Halbuki, onun günahı yox idi. Sadəcə, öz işlərini bağlamaq üçün kimdənsə istifadə etdilər. Azərbaycanda həmin gen hələ də qalıb. Öz günahını başqasında görmək olmaz. Məncə, komanda qalib gəlirsə, futbolçular udur, uduzanda isə baş məşqçi uduzur. Əgər komanda uduzubsa, məşqçinin günahıdır. Müharibədə qalib gələn əsgərlər, uduzan isə komandirdir. Bu, həyatda qanunauyğunluq kimi qəbul olunur.
- Oğlunuz indi hərəkətindən peşman olub, milli komandaya qayıtmaq istəyirmi?
- O, həmişə deyir ki, mən milli komandaya qayıdacağam. Öz adımdan danışıram. Xalqımı, millətimi çox sevirəm. Rusiyada yaşadığım evin balkonunda Azərbaycan bayrağı asmışam. İndi qış olduğu üçün götürmüşəm. Çox təəssüflər olsun ki, mən Avstriya - Azərbaycan oyununda Bakıda deyildim. Vaqifin böyük qardaşı xəstə olduğu üçün onu Moskvada tək qoyub gələ bilmədim. Əgər Bakıda olsaydım, Vaqifi buraxmazdım. Qoymazdım belə hərəkət etsin. Razıyam ki, qapımıza vurulan ikinci qolda Vaqifin səhvi var idi. Bəs 1, 3, 4-cü qolları kimin ayağına yazaq? Əgər bir ağsaqqal olsaydı, onun qabağını kəsərdi. Onu danlaya bilərdilər ki, başını aşağı sal, qal düşərgədə.
- “Qarabağ”da çıxış edəndə hamı Vaqifi sevirdi. Amma bu hərəkətindən sonra onunla bağlı fikirlər haçalanıb...
- Hərənin öz fikri var. Elə oyunlar olur ki, meydançaya 30-40 min azarkeş təşrif buyurur. Bir futbolçunu kimsə sevir, kimsə söyur, kimsə danlayır. Bu məsələləri müzakirə etmək üçün mətbuat konfransı keçirək, Vaqif və onu günahlandıran Berti Foqts da olsun orda. Bax, bu lazımdır. Mənə elə gəlir ki, Vaqiflə bağlı qərar çıxarılmazdan öncə onun da fikirlərini öyrənmək lazım idi.
- Siz yaxın gələcəkdə mətbuat konfransı keçirmək fikrindəsiniz?
- Adicə məhkəmədə vəkil, sədr, hakim olur, amma məhbus yoxdursa, ona iş kəsilmir. Hara lazımdırsa, mən də gələrəm. Vaqifi də gətirərəm. Əgər lazımdırsa. Mənə elə gəlir ki, Vaqif Cavadovun yığmadan kənarlaşdırılması tək Foqtsluq deyil.
- Oğlunuz “Volqa”da özünü necə hiss edir?
- Yaxşı.
- Artıq start heyətində meydançaya çıxmasına baxmayaraq, hələ də qol vura bilmir. Buna münasibətiniz necədir?
- Azarkeşlər və futbolçu yoldaşları Vaqif Cavadovdan razıdırlar. “Amkar”la oyundan qabaq tribunada Vaqifin şəkilləri də var idi.
- Komandasını dəyişmək ehtimalı varmı?
- Onun klubla müqaviləsi olduğuna görə, heç yerə gedə bilməz.

0
0