Elşad Nəsirov: Berti Foqts yığmaya yeni əhval-ruhiyyə gətirib
30.11.2011 - 18:09
Elşad Nəsirov: Berti Foqts yığmaya yeni əhval-ruhiyyə gətirib
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Berti Foqtsun milli komanda ilə müqaviləsinin uzadılmasına münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, Nəsirov bildirib ki, almaniyalı məşqçi milli komandaya nizam-intizam, əzmkarlıq və yeni əhval-ruhiyyə gətirib: “Ona görə də beynəlxalq səviyyəli belə bir məşqçinin xidmətindən istifadə etməyimiz müsbət haldır. Mən İcraiyyə Komitəsi üzvlərinin bu məsələ ilə bağlı fikirlərini və qərarını yüksək dəyərləndirirəm”.