Cahangir Hacıyev: Hər bir məşqçiyə vaxt vermək lazımdır
30.11.2011 - 18:12
“Hesab edirəm ki, hər bir məşqçiyə vaxt vermək lazımdır. Qısa müddət ərzində heç bir məşqçi lazımi nəticəni verə bilməz”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyev deyib.
“İnter” klubunun fəxri prezidenti olan Hacıyev bildirib ki, lazımi nəticə üçün zamana ehtiyac var: “Gənc və istedadlı futbolçu nəsli yetişdirilməlidir və fikrimcə, Berti Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusu bu istiqamətdə zəruri işləri həyata keçirir. Bir neçə il öncə ölkəmizdə yaxşı səviyyədə stadiona rast gəlmək mümkün deyildi. Sevindirici haldır ki, son vaxtlar əksər klublarımızın stadionları inşa olunaraq istifadəyə verilib. “Şəfa” stadionunun “İnter” klubuna satılması ilə bağlı bu gün qəbul olunan qərarı düzgün sayıram. İndiyə qədər həmin stadiona klub tərəfindən xeyli sərmayə qoyulub və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyinə, “Şəfa”nın daha gözəl stadiona çevriləcəyinə inanıram”.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0