Berti Foqtsa yubiley hədiyyəsi
30.11.2011 - 20:00
Bu gün AFFA-nın İcraiyyə Komitəsi (İK) milli komandanın baş məşqçisi Berti Foqtsa yubiley hədiyyəsi edib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı düz 1 ay sonra 65 illik yubileyini qeyd edəcək.
Dekabrın 30-da ad günü olacaq Foqts buna 30 gün qalmış xoş xəbər aldı. Bu, AFFA-nın onunla müqavilənin müddətini 2014-cü ilə kimi uzatmağıdır. İK üzvləri 2011-də son iclaslarını bu gün ARDNŞ-nin baş ofisində keçirib və gündəlikdə ilk məsələ olan millimizin baş məşqçisi ilə müqavilənin daha 2 illik uzadılmağına qərar veriblər.
2008-ci ilin aprelindən millimizə rəhbərlik edən Foqts adətən ad günlərini vətənində keçirir və ənənəsinə sadiq qalacaq. Hər halda, dekabrın 30-u istirahət günü və nəinki futbol ictimaiyyəti, bütün insanlar yeni ili bayram etməyə hazırlaşırlar. Foqts yığmamızın çalışdırıcısı kimi, 4-cü dəfə ad gününü qeyd edəcək və bunun sayını daha 2 il artırmaq imkanı qazanıb.
Foqts DÇ-2014-nün seçmə mərhələsində də fəaliyyət göstərilməyinə imkan yaradılmağı ilə öz rekordunu yeniləmiş olacaq. Belə ki, milli komandamızın 20 illik tarixində yalnız o, 2 seçmə mərhələdə baş məşqçi postunda olub. Foqts DÇ-2010-nin seçmə mərhələsini tam işləməklə, azərbaycanlı həmkarı İqor Ponomaryovun rekordlarına şərik oldu. Belə ki, Foqtsa kimi yalnız olimpiya çempionumuz seçmə mərhələdə əvvəldən axıra kimi postunda yer almışdı. Bundan əlavə, Ponomaryov DÇ-2002-nin seçmə mərhələdə topladığı 5 xalla rekordçu idi. Foqts debütdəcə bu qədər xal yığdı.
Almaniyalı mütəxəssis ardından Avro-2012-nin seçmə mərhələsində fəaliyyət göstərdi və qazandığı 7 xalla yeni rekord müəyyənləşdirdi. Onun 2 seçmə mərhələdə çalışmağı artıq bir ilk idi və bu gün çıxarılan qərar futbolumuzda görünməmiş olayı gerçəkləşdirdi.
Qeyd edək ki, Foqts futbolçu kimi həm dünya, həm də Avropa çempionu olub. Onun məşqçilik karyerasında ən böyük uğuru Almaniya yığmasını 1996-cı ildə Avropa çempionu etməyidir.
Mehman SÜLEYMANOV

0
0