Bəxtiyar Soltanov: Ola bilsin ki, onlar bizdən inciyiblər
01.12.2011 - 00:06
“Birinci hissə istədiyimiz kimi keçdi. Amma bu sözləri ikinci hissəyə aid etmək olmaz. Çünki fasilədən sonra boşaldıq. Bu da yəqin ki, hesabdakı üstünlükdən qaynaqlanırdı”. Bu sözləri apasport.az saytına “Qarabağ” klubunun hücumçusu Bəxtiyar Soltanov deyib.
Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sumqayıt Şəhər”lə qarşılaşan “Qarabağ” böyük hesablı qələbə ilə növbəti mərhələyə yüksəldi. Uzun müddətdir əsas heyətdə meydana çıxmayan futbolçu Sumqayıt təmsilçisinə qarşı ilk dəqiqələrdən meydanda mübarizə aparıb və oyunda hesabı açıb.
Bununla, çempionatda yenə bilmədikləri “Sumqayıt Şəhər” sindromunu sındırmış olduqlarını deyən Soltanov qisas aldıqlarını deyib: “Sindromu qırdıq. Çempionatda bizə iki dəfə zərbə vurdular. Bu gün biz də heyfimizi almış olduq. Çalışacağıq bugünkü qələbənin davamını Premyer Liqada gətirək”.
Əsas heyətdə yer almasına gəldikdə, futbolçu istənilən an meydana çıxmağa və komandasına kömək etməyə hazır olduğunu deyib: “Hər zaman oynamağa hazıram. Amma heyəti baş məşqçi müəyyənləşdirir. O, nə vaxt meydana buraxsa, komandama kömək etmək üçün əlimdən gələni edirəm”.
Maraqlıdır ki, Quzanlıdakı Olimpiya Kompleksində keçirilən oyunlar zamanı tribunalarda boş yer tapmaq mümkün olmurdu. Hətta oturmağa yer tapmayan azarkeşlər pilləkənlərdə və qapının arxasındakı dəmir hasarın yanında ayaq üstə oyunu izləyirdilər. Bu gün isə bunun şahidi olmadıq. Havanın günəşli olmasına baxmayaraq, tribunalarda boşluqlar kifayət qədər idi: “Ola bilsin, onlar uğursuzluğa görə bizdən inciyiblər. Ona görə də tribunalar boş idi. Çalışacağıq qələbə qazanıb könüllərini alaq. Azarkeşlərsiz oynamaq çətindir”.

0
0