Musa Süleymanov “Turan”ı meydana çıxmağa qoymadı
30.11.2011 - 18:49
Musa Süleymanov “Turan”ı meydana çıxmağa qoymadı
Ölkə kubokunun 1/8 final mərhələsində keçirilən “İnter” - “Turan” matçında qalmaqal yaranıb. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi ikinci hissədə meydana çıxmayıb.

Belə ki, qonaq komanda “İnter”in futbolçusu Asif Mirilinin vurduğu qola narazılıq edib. 43-cü dəqiqədə vurulan həmin qol hakimlər arasında da anlaşılmazlığa səbəb olub. Mirili topu qapıdan keçirəndən sonra baş hakim Fuad Həsənov qolu qeydə alsa da, onun yan xətdəki köməkçisi Elman Musayev fərqli qərar verib. Amma qısa müzakirədən sonra Əliyevin qərarı qüvvədə qalıb.

Elə buna görə də, “Turan” oyunu davam etdirmək istəməyib. Klub prezidenti Musa Süleymanovun göstərişi ilə komanda ikinci hissəyə çıxmaqdan boyun qaçırıb. Oyun yarımçıq qaldığından çox güman onsuz da maliyyə problemləri içində boğulan Tovuz təmsilçisini ağır cəza veriləcək.
0