“Deyirlər ki, hakimlər bizə kömək edir, budur kömək!?”
                    
                    01.12.2011 - 03:15
                        
                        "Çox maraqlı və gərgin oyun alındı. Lakin hakimin bəzi qərarları məni təəccübləndirdi. Yeri gəldi-gəlmədi futbolçularımızı vərəqələrə "qonaq edirdi". Apasport.az saytının  məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgiyevski deyib.
Makedoniyalı futbolçu "Simurq"la oyunun idarəçiliyindən gileylənib: "Bir epizodda rəqib futbolçunun kobud oynadığı barədə fikrimi sakit tərzdə hakimə bildirirərkən, mənə sarı vərəqə göstərdi.
Flavinyo qırmızı vərəqə ilə cəzlandırıldığından, 30-cu dəqiqədən sonra bir nəfər azlıqda mübarizə apardıq. Deyirlər ki, hakimlər "Neftçi"yə kömək edir, budur kömək!? "Simurq"u 10 nəfərlə keçdik, növbəti oyunlarda da öz gücümüzü ortaya qoyacağıq".
Qeyd edək ki, "Simurq" - "Neftçi" oyunu 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

                                0
                                
                                0