“Əsəblərim hakimin o hərəkətinə tab gətirmədi” - MÜSAHİBƏ
01.12.2011 - 10:00
Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanovun apasport.az saytına müsahibəsi
- Komandanızın “İnter”lə kubok görüşünün ikinci hissəsinə çıxmamasına əsas səbəb nədir?
- Hakim olmayanı qolu hesaba aldı, mən nə etməli idim? Buna görə də komandanı matçın ikinci hissəsinə çıxmağa qoymadım.
- Etiraz, sadəcə bu idi?
- Bəli-bəli. Başqa heç bir problem yoxdur. “Turan” Tovuzdan bu qədər yolu qət edib Bakıya oynamaq üçün gəlmişdi. Bizim heç rəqib komandadan da narazılığımız yoxdur. Sadəcə, əsəblərim hakimin o hərəkətinə tab gətirmədi.
- Bəlkə hesabda geridə olduğunuzu nəzərə alıb, biabırçılıqdan qaçmaq üçün bunu etdiniz?
- Sizə deyim, “Turan” bu oyunda heç də pis təsir bağışlamadı. Oynamağın mənası nədir ki? Onsuz da 0:1 hesabı ilə uduzurduq. Sözsüz ki, rəqibimiz güclü komanda idi. Bəlkə onlar qapımıza daha 5 qol vuracaqdılar. Düzünü deyək. Amma bizim komanda çox yaxşı oynayırdı. Ola bilsin ki, udardıq.
- Komandanın maddi durumu hər kəsə məlumdur. Oyunu yarımçıq tərk etdiyinizə görə, AFFA sizə ağır cərimə kəsəcək. Bu barədə hansı fikirdəsiniz?
- Söhbət ondan gedir ki, mən zülmlərə qatlaşıb, bütün xərcləri ödəyib Tovuzdan bura komanda gətirmişəm. Uduzuruqsa, qoy uduzaq. Amma bu şəraitdə yox. Biz zülmlərə qatlaşırıq, nəticədə belə şeylərlə üzləşirik.
- Danışığınızdan belə başa düşmək olur ki, siz konkret hakimlikdən narazısınız...
- Bəli. Özləri də gedib epizodun videotəkrarına baxıb, gördülər. Burada əlavə şərhə ehtiyac yoxdur.
- Qolun olmamağı təsdiq olundu?
- Əslində, baxmağa ehtiyac yox idi. Açıq görünürdü ki, top qapı xəttini keçməyib.
- Hadisə ilə bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla danışdınızmı?
- Vallah, onunla mən nə danışım? Xaqani Məmmədov onu göndərmir ki, get Musanı bu vəziyyətə qoy. Onları göndərmirlər ki, məni uduzdursunlar. Hakimlər özləri çox ciddi olmalıdırlar.
- “İnter”in hazırkı vəziyyətdə “Turan”dan güclü olduğu göz önündədir. Belə məqamda “İnter”dən şübhələnməyə əsas varmı?
- Həyatda hər şey ola bilər. Amma inanmıram ki, “İnter” belə bir iş tutsun. Oyuna baxsanız görərsiniz ki, “Turan” oyunu hücumda keçirirdi. Oyunun gedişi belə göstərirdi ki, kimin qalib gələcəyini əvvəlcədən söyləmək olmaz. Amma bu o demək deyil ki, qapıya daxil olmayan top qol sayılsın.
- “Turan”ın maddi vəziyyətində irəliləyiş varmı?
- Komandanı güclə idarə edirəm.
- Futbolçular bazada yoxsa, hərə qaldığı evdə qidalanır?
- Əlbəttə ki, bazada yemək var. Belə şeylərlə bağlı problemimiz yoxdur. Gücümüz bilirsiniz, nəyə çatmır? İş ondadır ki, biz təkcə əsas komandaya deyil, eyni zamanda əvəzediciyə və aşağı yaş qruplarına da baxırıq. Bütün bu komandalar səfərə çıxırlar. Yeməklə, mətbəxlə problemimiz yoxdur. Nəyimiz olmasa da, bir dilim çörəyimiz var. Sadəcə, biz “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” kimi komandaların aldığı futbolçuları komandaya götürə bilmirik.
- Vəziyyət belə davam etsə, işinizə son verəcəksiniz, yoxsa davam fikriniz var?
- Sözün açığı çatdıra bilmirəm. Çoxdan vidalaşmaq istəyirəm.
- Hazırda sizi məcburi prezident adlandırmaq olarmı?
- Bəs nə edim? Əgər kimsə, gəlib götürmək istəsə, qurbandır. Mən də kənardan bu adama kömək edərəm. Əslində, indiki vəziyyət mənim də xoşuma gəlmir. Vəziyyəti kimsə başa düşür, kimsə düşmür. Komandanı mən bu günə qoymuram ki, gücüm çatmır. Əslində, mən komandaya xərclədiyim pula görə heç kimdən “sağ ol” eşitmirəm.

0
0