Qalmaqallı qolun müəllifi: Top qapı xəttini keçmişdi
01.12.2011 - 03:36
“İnter”in yarımmüdafiəçisi Asif Mirili Azərbaycan kubokunun 1/8 finalında qarşılaşdıqları “Turan”la oyunda rəqib qapısından keçirdiyi qol epizodunu şərh edib. Apasport.az saytının məlumatına görə, Mirili həmin epizodda topun qapı xəttini keçdiyini bildirib:
"Mən başla zərbə endirdim, qapıçı topu tutmağa çalışdı, lakin bunu bacarmadı və top qapı xəttini keçmişdi. Aydın görünürdü ki, top qapıçı kimi qapı xəttindən uzaqda idi. Bütün bunları yanxətt hakimi müşahidə edirdi və doğru olaraq da qol olduğunu göstərdi. Bu qol qaydalara uyğun vurulmuşdu".
Qeyd edək ki, "İnter"in matçın 43-cü dəqiqəsində vurduğu ikinci qola etiraz edən Tovuz təmsilçisi oyunu davam etdirməkdən imtina edib və görüş yarımçıq dayandırılıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0