Avroliqaya 12 vəsiqənin sahibi məlumdur
01.12.2011 - 09:44
Avroliqaya 12 vəsiqənin sahibi məlumdur
Avroliqanın 1/16 finalına vəsiqə qazanan komandaların sayı 12-yə çatıb. Apasport.az saytının məlumatına görə, PAOK (Yunanıstan), “Standard” (Belçika), “Hannover-96” (Almaniya), “Metallist” (Ukrayna), “Braqa” (Portuqaliya) və “Atletiko” (İspaniya) V turdan sonra növbəti mərhələyə çıxıb. Bunadək “Anderlext” (Belçika), PSV, “Tvente” (hər ikisi Hollandiya), “Atletik” (İspaniya), “Sportinq” (Portuqaliya) və “Legiya” (Polşa) qrupdan çıxmağını rəsmiləşdirmişdi. Avroliqada 12 qrup var və hərəsində 2 komanda növbəti mərhələyə çıxır.

Göründüyü kimi, 24 vəsiqədən yarısının sahibi artıq müəyyənləşib. Ancaq turnirin 1/16 finalçıları tək bununla bitmir. Belə ki, Çempionlar Liqasında 8 qrupda 3-cü yeri tutanlar da mübarizəni Avroliqada davam etdirmək hüququ qazanacaq.

Qeyd edək ki, Avroliqada V tura bu gün keçiriləcək 12 oyunla yekun vurulacaq.