Gəncə azarkeşləri ayağa qalxdılar: Elmir Əliyev istefa verməlidir!
28.12.2011 - 12:24
“Təbii ki, komandamızın dağılması xəbərini pis qarşıladıq. Hazırda stadionda yığışmışıq və klub prezidenti Elmir Əliyevlə görüşü gözləyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz” fan-klubunun rəhbəri Elmar Əliyev deyib.
Ölkənin ən titullu klublarından olan Gəncə təmsilçisinin fəaliyyətini dayandırması daha çox yerli azarkeşləri pis təsir edib. Nizami Yurdunda fəaliyyət göstərən müxtəlif fan-klublar hazırda Gəncə şəhər stadionunda bir araya gələrək, “Kəpəz”in prezidenti Elmir Əliyevlə görüşü gözləyirlər.
Fan-klub rəhbəri komandanın yarı yolda qoyulmağını pisləyir: “Hesab edirəm ki, “Kəpəz”i belə vaxtda qoyub getmək düzgün deyil. Deyilənə görə, Elmir Əliyev komandaya daha baxa bilmədiyindən, ondan imtina edib. Yəni bu günə kimi əziyyət çəkiblər, indi başqalarının “Kəpəz”ə maddi dayaq göstərməyini istəyirlər. Hələ dünən Gəncədəki fan-klublar arasında iclas oldu. Orada belə fikirlər səsləndi ki, Əliyev prezident postundan getməli, baş məşqçi Fuad İsmayılov vəzifəsindən çıxarılmalıdır”.
Əliyevin sözlərinə görə, Mirbağır İsayevin baş məşqçi postuna qaytarılmağını istəyirlər: “O, Gəncədə işlədiyi 1 ayda böyük hörmət qazandı. Ancaq o cür məşqçini işini davam etdirməyə qoymadılar. İsayev hələ komandaya gələndə demişdi ki, mən tapşırıqla futbolçu götürməyəcəyəm. O, sözünün üstündə durdu. Komandadan çıxardığı qapıçı Tural Abbaszadəni rəhbərlik geri qaytardığına görə “Kəpəz”də qalmaqdan imtina etdi. Biz Əliyevlə görüşdən sonra dəqiq məlumatlara malik olub, rəsmi açıqlama verə bilərik”.
Mehman SÜLEYMANOV

0
0