“Rəisimiz bizə söz verdi ki, Azərbaycanda yollar Qazaxıstandan qat-qat yaxşıdır”
18.07.2012 - 11:51
“Lex” klubu Azərbaycana səfərinin Qazaxıstanla müqayisədə daha rahat olacağına inanır. Apasport.az saytının məlumatına görə, polşalılar Avroliqanın I təsnifat mərhələsində rəqibi olan “Jetısu” ilə oyuna yollanarkən uzaq yol qət etməli olaraq, əsas problemlə nəqliyyatla bağlı olub. “Lex”in müdafiəçisi Hubert Volakiyeviç ölkəmizdə belə çətinliklərlə üzləşməyəcəklərinə inanır: “Bu dəfə səfərimiz başqa cür olmalıdır. Komandamızın rəisi bizə söz verdi ki, Azərbaycanda yollar Qazaxıstandan qat-qat yaxşıdır. Ümid edirik ki, bu, öz yerində təsdiqini tapacaq”.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0